Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolu mövcud deyil.

Unikal.org trend-ə istinadən bildirir ki, bu sözləri Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Donald Tusk Ermənistan prezidenti Serj Sarkisyanla Brüsseldə görüşündən sonra deyib.

Onun sözlərinə görə, bu münaqişə yalnız sülh yolu ilə həll olunmalıdır: "Münaqişə yalnız beynəlxalq qanunlar çərçivəsində, siyasi yolla həll oluna bilər.

D.Tusk qeyd edib ki, Aİ münaqişənin həllində ATƏT Minsk qrupunun səylərini tamamilə dəstəkləyir.