Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində yüzə yaxın şəxs miqrantlara məxsus ticarət obyektlərini talan edib.

Unikal.org-un Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, insidentin səbəbi və talan edilən mağazaların sayı açıqlanmır.

Hadisə ilə əlaqədar bir nəfərin saxlanıldığı, daha bir neçə nəfərin axtarışda olduğu bildirilir.

Fevralın 24-də, CAR-ın Pretoriya şəhərində miqrantlara qarşı kütləvi aksiyalar keçirilib. Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib, 150 nəfər saxlanılıb.