Sosial şəbəkədə ən çox paylaşılan və bəyənilən video Özbəkistanda toyların birində baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, toyda bəy qardaşı ilə Özbəkistanın xalq artisti Yulduz Usmanovanın "Mama" adlı mahnısını analarını qucaqlayaraq ifa ediblər.

Mahnının təsirindən toya gələn qonaqlar göz yaşlarını saxlaya bilməyiblər..