Əsrlərdir, lənətlənmiş yer kimi tanınan "Bermud üçbucağı"ndan qurtulan biri varmı? 

Yüzlərlə təyyarə və gəminin yoxa çıxdığı bu bölgədə ölən insanların sayı minlərlədir.

Unikal.org xəbər verir ki, bu videoda 1970-ci ildə Porto Rikodan Mayamiyə uçan amerikalı bir pilotun başına gələn şok olaydan danışılır.

"Porto Rikodan Mayamiyə tərəf uçmağa başladıq. Səyahətin 30-cu dəqiqəsində çox qəribə hadisələr yaşamağa başladıq. Əvvəl bütün elektron qurğularda problem əmələ gəldi və kompas pozuldu. Ətrafda gördüyüm mənzərə məni şok etdi. Təyyarənin ətrafını ağ duman bürüdü və sanki ətrafımda bir tunel meydana gəlmişdi. Tunelin sonunda mavi səmanı görə bilirdim. Dərhal təyyarəni o tərəfə yönəltdim. Artıq elektron qurğular və kompas düzəlmişdi.

Qüllədən harada olduğumuzu soruşdum və onlar mənə 3 dəqiqədir ki, məndən siqnal almadıqlarını ancaq indi siqnal aldıqlarını və Mayami üzərində olduqlarını söylədi. Mən onlara bir səhv etdiklərini dedim. Hələ 33 dəqiqədir yolda olduğumu və Mayamiyə çatmaq üçün 30 dəqiqə də olduğunu söylədim. Ancaq başımı aşağıya çevirəndə şok oldum. Artıq Mayami üzərindən uçurdum."