Dünya birjalarında neft ucuzlaşıb.

Unikal.org xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,30 dollar və ya 0,56% azalaraq 53,53 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,25 dollar və ya 0,44% azalaraq 56,11 dollar olub.

Neftin cüzi ucuzlaşmasına ABŞ-da ardıcıl olaraq 8 həftə ərzində neft ehtiyatlarının artması barədə məlumatlar səbəb olub.