Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Pənah Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, P.Əliyev 16 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il Bakı şəhərində qeydə alınıb. P. Əliyev qonşusu Xalid Lətifzadəni balta ilə öldürməyə cəhd edib. Xəstəxanaya çatdırılan X. Lətifzadəni xilas etmək mümkün olub.