Bakıda 34 yaşlı kişi başından bıçaqlanıb.

Unikal.org-un "Report"a istinadən xəbərinə görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, Hövsan qəsəbəsi ərazisində yerləşən parkda 1983-cü il təvəllüdlü Quliyev Rövşən Seymur oğlu tanımadığı gənc oğlanla (hələlik adı açıqlanmır) mübahisə edib. Nəticədə naməlum şəxs R.Quliyevin üz, baş və budundan bıçaqlanıb. Naməlum şəxs hadisə yerindən qaçıb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.