Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov "Azərbaycanın işğal altında olan ərazilərinin gələcək inkişaf konsepsiyası (Ağdam şəhərinin timsalında) adlı layihənin təqdimat mərasimində ölkədə maraqla qarşılanan açıqlama verib. Nazir deyib: "Məcburi köçkün ailələri, qızınızı ərə verərkən oğlanın hərbi xidmətdə olub-olumadığını mütləq öyrənin. Hərbi xidmətdə olmayıbsa, qızınızı verməyin".

Əli Həsənovun fikirləri xüsusilə sosial şəbəkələrdə müzakirə mövzusu olub.

Açıqlamanın aktuallığını nəzərə alaraq unikal.org ann.az sayıtı Bakıda gənc xanımlar arasında əsgərlikdə olmayan oğlana ərə gedərsinizmi? keçirdiyi sorğusunu oxuculara təqdim edir.