Bu ilin yanvar ayında Azərbaycandan spirtli və spirtsiz içkilərin ixracında müsbət dinamika müşahidə edilib.

Dövlət Gömrük Komitəsindən Unikal.org-a verilən xəbərə görə, ay ərzində 739,38 min ABŞ dolları dəyərində spirtli və spirtsiz içki ixrac edilib ki, bu da 2016-ci ilin müvafiq dövrünə nisbətən 536,33 min dollar yaxud 3,6 dəfə çoxdur.

Hesabat dövründə spirtli və spirtsiz içkilərin ixracı ümumi ixracın 0,09%-ni təşkil edib.

Komitədən o da bildirilib ki, yanvarda Azərbaycana ümumilikdə 3 089,80 min dollar məbləğində spirtli və spirtsiz içkilər, həmçinin sirkə idxal edilib. Bu isə 2016-ci illə müqayisədə 1 910,5 min dollar və ya 2,6 dəfə çoxdur.

Bu məhsulların ölkənin ümumi idxalında payı 0,7% təşkil edib.