Bu ilin yanvar ayında Azərbaycana 7 417,6 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.

Dövlət Gömrük Komitəsindən Unikal.org-a verilən məlumata görə, bu, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 1974,08 min dollar yaxud 36,27% çoxdur.

Nəticədə, ay ərzində ölkəyə idxal olunan tütün və tütün məmulatları ümumi idxalın 1,64%-ni təşkil edib.

Hesabat dövründə Azərbaycandan 2 050,85 min dollar məbləğində tütün və tütünün sənaye əvəzediciləri ixrac edilib ki, bu da əvvəlki il ilə müqayisədə 802,02 min dollar yaxud 64,22% çoxdur.
Tütün və tütün əvəzedicilərinin ixracı ölkənin ümumi ixracının 0,26%-nə bərabər olub.