Siyasətdedikdəgözümüzün önündə gənc, yaraşıqlı, kostyum geyinmiş kişiobrazıcanlanır.Ancaq siyasətçi qadın deyəndə o qədərciddiyə almırıq nədənsə.

Aile.lent.az bu steorotipləri qırmaq qərarına gəlib. Sizi gözəllik, ağıl və güclü xarakterinbir insanda cəmlənə biləcəyini göstərən 10 qadın siyasətçi ilə tanış edirik.

Mara Karfanya

Mariya Rozariya (Mara) Karfanya - italiyalı siyasətçidir. Siyasətə gəlməzdən əvvəl televiziyada aparıcılıq edib, eyni zamanda fotomodel kimi çalışıb. Siyasətə ilk dəfə 2004-cü ildə gəlib. Forza İtaliya partiyasının üzvü olub. Həmişə qadın hüquqları uğrunda mübarizə aparıb. İtalyanlar ona "Mara LA belle (gözəl Mara) ləqəbi ilə müraciət edirlər.

Karmen Kass

Estoniyada Şahmat İttifaqının prezidentidir. Özü də uşaqlıqdan şahmatla məşğul olub. İndi də imkan olan kimi müsabiqələrdə iştirak edir.

Setrida Qiqa

Livanın inanılmaz gözəl və məşhur siyasətçisidir. Livanda Suriya hakimiyyətinə qarşı müqavimət göstərməyi bacararaq əhalinin sevgisini qazanıb.

1994-cü ildə siyasətə qatılıb. Həmin ildə Livan Partiyası dağılmışdı və əri də həbs edilmişdi. Ərinin azadlığı və hökumət üzvlərininsiyasi təqibdən, kütləvi həbslərdən xilası üçün çalışıb. 11 illik zəhməti sayəsində sonda həyat yoldaşı 2005-ci ildə həbsdən çıxdı.

Şahzadə Raniya Əl Əbdül

İordaniya krallığının şahzadəsi, kral ikinci Əbdülün xanımıdır. İordaniya Fondunun rəhbəridir və 1995-ci ildən xanımlara iqtisadi-siyasi cəmiyyətə qoşulmağa yardım edir. Qadın hüquqlarını qoruyur, uşaqların zorakılığa məruz qalmaması üçün çalışır. Şiddətə məruz qalanlar üçün ilk dəfəsosial müdafiə mərkəzi yaradıb.

Kristina Elizabet Fernandes De Krişner

2007-ci ildekabrın 10-dan 2015-ci ildekabrın 10-dək Argentinanın dövlət başçısı olub. Hakimiyyəti dövründə pensiya sistemini milliləşdirib, imkansız ailələrə və analara dəstək üçün sosial ödənişlər təyin edib. Bu fəaliyyətisayəsində ölkədə işsizlik kəskin azalıb. Yenidən 2019-cu ildə prezidentlik seçkilərində namizədliyini irəli sürmək qərarına gəlib.

Orli Levi

Orli Levi Əbukasis - fotomodel, televiziya aparıcısı, İsrail siyasətçisidir. Çətin tərbiyə edilən yeniyetmələrin problemləri, pulsuz xidmətlərin geri qaytarılması, əhalinin pulsuz diş müalicəsinin təşkili, uşaq bağçalarına subsidiyaların verilməsi kimi məsələlərintəşkili iləkasıb və varlı arasında böyük fərqi yox etməyə və əhalinin sosial problemlərinin həllinə nail ola bilib. İndi də bu istiqamətdə çalışır. Onun fəaliyyəti nəticəsində valideynləri tərəfindən şiddətə məruz qalan uşaqlar haqqında qanun layihəsi hazırlanıb. Qanun layihəsinə görə uşağına şiddət göstərən valideynlər təzminat ödəməli olacaq.

Rabi Dxolla

Kanadanın Liberal partiyasının üzvü Rabi Dxolla 2004-2011-ci illərdə İcmalar Palatasında çalışıb. 1984-cü ildə Hindistanda yaşanan konfliktlər zamanı Hindistan hökumətinə məktub yazaraq ondan Pəncabda hərbi döyüşləri dayandırmağı xahiş etmişdi. Cəmi 10 yaşı vardı. İndi siyasətlə məşğul olmaqla yanaşı Bollivudda bir sıra filmlərdə rol alır.

Eva Kaylı

Yunanıstan parlamentinin üzvü sayılır. Milli müdafiə və xarici işlər üzrə komitənin nümayəndəsidir. 24 yaşında ikən Saloniki inzibati region tərəfindən seçilib.

Öz doğma yurdlarından kənarda qalmış yunanların hüquqlarının müdafiəsi təşkilatının üzvdür. Siyasətçi olmadan əvvəl televiziya aparıcısı və jurnalist işləyib. Yunanıstanın əsas televiziyası olan " Mega Channela süjetlər hazırlayır.

Kristen Cillibrand

Kristen Amerika siyasətinin Nyu York ştatından olan ən gənc senatıdır. 2009-cu ildən çalışır. Kristen qadınhüquqlarını hər zaman müdafiə edib. Bu istiqamətdəvəkillik də edir və cinsi azlıq nümayəndələrini müdafiə edir. Hərbi düşərgələrdə və universitet kampuslarında cinsi istismar məsələlərini həmişə qabardıb.

Şeridan Oliveriya

2014-cü ilə qədər Braziliyada insan resursları inkişafı üzrə dövlət komitəsində dövlət katibi olub . 2014-cü ildə ilk dəfə dövlətbaşçısının dəstəyi ilə siyasətə gələn ilk qadındır. Onun həyata keçirdiyi proqramlar çərçivəsində Şimali Braziliya ştatı Rorarimanın rifahı yüksəldi. 50 mindən çox ailəyə sosial kredit verilib.

Kolinda Qrabar Kitarovic

Xorvatiyanın siyasətçi qadını. Eyni zamandaçimərlik geyimində çəkilmişfotoları ilə dünyanı heyran qoyan qadın. Xorvatiya tarixində ilk qadın prezidentdir.

Moza Bbint Naser Əl Misned

Ərəb dünyasının güclü qadınıdır. Qətərdə elm və texnologiya parkının əsasını qoyub. Parkın salınmasına 225 milyon dollar investisiya qoyulub. Qətərdə ilk təhsil şəhərciyi onun sayəsində salınıb. Həmin şəhərcikdə bir çox amerikalıprofessorlar dərs deyir.