Milliyyətçi Hərəkat Partiyasından (MHP) xaric edilən sabiq millət vəkili Sinan Oğan Türkiyədə prezident idarəçiliyi üçün keçiriləcək referenduma 'xeyr' demələri üçün bir sıra yerlərdə əhali ilə görüşlər keçirir.

Unikal.org xəbər verir ki, bu gün Sinan Oğan Bahçeşehir Universitetində çıxış edərkən bir adamın hücumuna məruz qalıb.

Oğan kürsüdə danışarkən bir şəxs bir anda üzərinə atılıb. Şəxs salondakı təhlükəsizlik qüvvələri tərəfindən təsirsiz hala gətirilib. Hücumun ardından Sinan Oğan təkrar kürsüyə çıxaraq çıxış edib. Canlı yayımda reallaşan hücum kameralara da əks olunub.

Qeyd edək ki, Sinan Oğan Türkiyə Azərbaycan dərnəyinin rəhbəri olub.