Futbol üzrə İspaniya ikinci liqasında 28-ci turun oyunları keçirilib.

Unikal.org goal.az-a istinadən xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Cadiz" də növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə "Real Oviedo" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb - 3:0.

İsrafilov bu görüşün 31-ci dəqiqəsində, hesab 1:0 komandasının xeyrinə olarkən meydana buraxılıb."Cadiz" 28 turdan sonra 44 xalla 22 klub arasında 5-ci pillədə qərarlaşıb.