"Qalatasaray"ın yeni çalışdırıcısı İqor Tüdor öz qaydalarını tətbiq etməyə başlayıb.

Unikal.org goal.az-a istinadən xəbər verir ki, xorvat mütəxəssis oyunçuların sistemə yox, sistemin oyunçulara qərar verdiyini bildirib:

"Formanı kim geyinsə, ən yaxşı oyununu oynamaq məcburiyyətindədir. "Qalatasaray"da oynamaq bu disiplini tələb edir. Ulduz oyunçu anlayışı yoxdur. Bir futbolçu üzərində oyun qurulmayacaq".

Tüdorun ağır məşqləri nəticəsində Sneyderin ardından De Yonq da məşqdə zədələnib. Bunun nəticəsində məşq sayını 2-dən 1-ə azaldan Tüdor oyun günü yaxınlaşdıqca, çalışmaları daha da çətinləşdirir.