"Barselona"nın futbolçusu Lionel Messi La Liqanın son turunda ötən gecə "Selta"ya vurduğu ilk qolu qeyri-adi şəkildə bayram etməsinin səbəbini açıqlayıb.

Unikal.org xəbər verir ki,argentinalı qonaq komandanın qapısına yol tapandan sonra VIP-lojaya baxaraq əlini qulağına aparıb, telefon danışığını təsvir edib. Bu jest dünya mətbuatında geniş müzakirələrə səbəb oldu. Hətta bildirildi ki, Leo "Barsa" rəhbərliyinə və öz atasına yeni müqavilə üzrə danışıqlar prosesini sürətləndirməyə işarə edir.

Ancaq Messi söz-söhbətlərə son qoyub. O, bu jesti oyun günü ona dəfələrlə zəng edən qardaşı oğluna ünvanladığını qeyd edib. Futbolçu oyun hazırlığına görə zənglərə cavab verə bilməyib. Beləliklə, Messi oyundan sonra qardaşı oğluna zəng vuracağına işarə edib.