Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb.

AMB-dən Unikal.org-a verilən məlumata görə, bu gün keçirilən növbəti depozit hərracında tələb 41,4 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,79% təşkil edib.

Bundan öncə AMB bəyan edib ki, martın 6-da keçiriləcək depozit hərracında 150 mln. manat məbləğində vəsaitin cəlb edilməsi nəzərdə tutulur.