Qaz balonundan külli miqdarda siqaret aşkar edilib.

Unikal.org-un Dövlət Gömrük Komitəsinə istinadən məlumatına görə, Rusiya istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Xanoba gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yük yerində avtomobilin yanacaq çəni kimi quraşdırılan qaz balonu şübhə doğurduğundan nəqliyyat vasitəsi HCVG rentgen aparatı ilə yoxlamaya yönləndirilib və gömrükçülərin şübhələri təsdiqini tapıb. Belə ki, HCVG rentgen aparatı ilə yoxlama zamanı qaz balonunun içərisindən gömrük nəzarətindən gizlədilən 16 800 ədəd "NZ Gold Compact markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Gömrükdə qaz balonundan xeyli siqaret çıxdı -  Foto

Gömrükdə qaz balonundan xeyli siqaret çıxdı -  Foto