Bakıda növbəti maraqlı, həm də gülməli sorğu baş tutub.

Unikal.org xəbər verir ki, bu dəfə gənclərə "çolkalı (telli) oğlanlara münasibətiniz necədir? sualı ünvanlanıb.

Gənclər suala müxtəlif cavablar səsləndiriblər. Onların əksəriyyəti bu imicdə olan oğlanları bəyənmədiklərini söyləyiblər.

Azərbaycan dilində kəkil anlamına gələn "çolka qızlarla bərabər əksər oğlanların da seçdiyi saç trendlərindəndir. Bir neçə il əvvəl bu cür saç modelləri oğlanlar arasında dəbdə olsa da, sonradan dəbdən düşüb. Lakin hələ də bu saç modelindən istifadə edən kişilər az deyil.

Sorğudan belə nəticəyə gəlmək olar ki, əksər qızlar bu cür saç düzümü olan oğlanları bəyənmir.baku.ws