Bakıda uşaqlarının gözü qarşısında arvadını bıçaqlamaqda təqsirləndirilən Əliqismət Heydərovun məhkəməsi başa çatıb.

Unikal.org-un lent.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə görə, Ə.Heydərov 6 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ə.Heydərov ailə münaqişəsi zəminində arvadı Qöçəxanım Heydərovanı ağır xəsarət yetirib. O, bu əməlini xüsusi amansızlıqla törədərək, həyat yoldaşına övladlarının gözü qarşısında işgəncə verib. Məlumata görə, ər-arvad arasındakı mübahisə qız övladlarından birinin evə gec gəlməsi ilə başlayıb. Əsəbləşən Ə.Heydərov arvadını bıçaqlayıb. Ə. Heydərov Cinayət Məcəlləsinin 126.2.3 (xüsusi amansızlıqla sağlamlığa ağır zərbə vurma) maddəsi ilə ittiham edilib. Məhkəmə dövründə tərəflər arasında barışıq əldə olunub. Zərərçəkən Qönçəxanım Heydərova ərindən şikayətçi olmayıb.