Rusiyada Blaqoveşenskdəki gecə klubunda iki qızın 15000 rubl uğrunda mübarizədə çılpaq soyunduqları barədə məlumat yoxlanılır.

Unikal.org Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsinin Amur vilayəti üzrə İstintaq İdarəsinin məlumatına görə, müsabiqə iştirakçılarından biri yetkinlik yaşına çatmayıb.

"KİV-də Blaqoveşensk şəhərinin gecə klublarının birində soyunma müsabiqəsində yetkinlik yaşına çatmayan qızın iştirak etməsinə dair 2017-ci ilin martın 6-da yerləşdirilmiş məlumat üzrəRusiyaİstintaq Komitəsinin Amur vilayəti üzrə İstintaq İdarəsi istintaq öncəsi yoxlama təşkil edib, - məlumatda deyilir.

İnternet şəbəkədə yayılmış məlumata görə, 15000 rubl uğrunda mübarizədə klubun ən cəsur qızları mübarizə aparıblar, onlardan biri sonda üzərində olan hər şeyi çıxardıqdan sonra mükafata sahib olub. Videoçarx sosial şəbəkələrdə müzakirəyə səbəb olub, qızlar və bu striptiz-döyüşü təşkil edənlər tənqid atəşinə tutulub.

Müsabiqə iştirakçılarından birinin 16 yaşı var və o artıq klubda bir dəfə konsertə bilet oynanılarkən soyunub.