Bakı metrosunun "28 May" stansiyasında oğurluq hadisəsi baş verib.

Unikal.org DİN-nin saytına istinadən xəbər verir ki, martın 6-da metronun "28 May" stansiyasında Sumqayıt şəhər sakini Kəmalə Əhmədovanın cibindən mobil telefon oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Hacı Mehdiyev Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.