"Mançester Yunayted"in isveçli ulduzu Zlatan İbrahimoviç İngiltərə Futbol Assosiasiyasının qərarı ilə üç oyunluq diskvalifikasiya olunub.

Unikal.org goal.az-a istinadən xəbər verir ki, təcrübəli forvard belə hallar üçün nəzərdə tutulan standart cəriməni də ödəməli olacaq. Zlatan "Bournemout"la 1:1 hesabı ilə başa çatan oyundakı epizoda görə cəzalandırılıb. Müdafiəçi Minqz İbrahimoviçin başına toxunub, cavab olaraq isə üzündən dirsək zərbəsi alıb.

İbrahimoviç "Çelsi" ilə Kubok oyununu, həmçinin "Southampton" və "Middelsbrough" ilə çempionat qarşılaşmalarını buraxacaq.