Alov Bərdədə meyvə bağlarını cənginə alıb.

Unikal.org ARB TV-yə istinadən xəbər verir ki, yanğın nəticəsində xeyli sayda ağac yanaraq məhv olub.

Ləmbəran kənd icra nümayəndəsi yanğının qəsdlə törədilməsini mümkünsüz hesab edir. Səbəb hər il torpaqların əkinə hazırlanması zamanı bu cür hallara rast gəlinməsidir.

Rövşən Mahmudov - kənd icra nümayəndəsi: "Yazın gəlişiylə əlaqədar bağlarda təmizləmə işi aparırlar. Biri bostan əkir, biri nəsə başqa bitkilər əkir. Onunla əlaqədar, ocaq qalayır. Keçirmir, yaddan çıxır, bir də görürsən külək əsir, qorlanır, onunla əlaqədar yanır".

Yanğının ekologiyaya vurduğu zərər hesablanır.