Xalq artisti Aygün kazımova ötən gün həmkarı Elçin Cəfərovun konsertində iştirak edib.

Unikal.org xəbər verir ki, Elçini dinləməyə gələn Kazımova yenə də dekolteli geyimi ilə diqqət mərkəzində olub.

Gecədə yeni imici ilə iştirak edən müğənni mahnı oxumaq üçün səhnəyə çıxıb. Aygün bu zaman gözlənilməz hadisə ilə üzləşib.

Xalq artisti Elçin Cəfərovla duet oxumağa başlayıb, fonorqram kəsilib. Qısa müddət ərzində texniki problem aradan qaldırılıb, sənətçilər şouya davam ediblər.qafqazinfo