Bugün baş tutacaq Qətər və Azərbaycan yığmaları arasındakı yoxlama oyunu ev sahibi Qətər Futbol Assosiasiyasının istəyinə əsasən televiziyada yayımlanmayacaq.

Unikal.org xəbər verir ki, bu barədə AFFA-nın "Facebook"dakı rəsmi səhifəsi məlumat yayıb. Məlumatda o da bildirilir ki, yoldaşlıq oyununda iştirak üçün millimizin bütün xərcləri Qətər Futbol Assosiasiyası tərəfindən qarşılanıb.