Göygöldə qətl hadisəsi törədilib.

Unikal.org APA-ya istinadən məlumatına görə, rayon sakini, 1974-cü il təvəllüdlü Atayev Şiraslan Yunis oğlu bıçaqlanaraq qətlə yetirilib. İlkin məlumata əsasən, Ş. Atayevi qohumu olan qadın öldürüb. Cinayəti törədən qadının saxlanıldığı bildirilir.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda cinayət işi başlayıb.