"Antalyasporun ulduz futbolçusu Samuel Eto komanda yoldaşlarına əsəbləşib. 

Unikal.org-un məlumatına görə, buna səbəb oyunçuların onun ad gününü təbrik edərkən zarafatın həddini aşmaları olub.

Belə ki, məşq zamanı kamerunlu hücumçunun doğum günü münasibətilə tort kəsilib. Eto da ilk dilimi yeyən kimi, qalan oyunçular tort tikələrini onun başına çırpmağa başlayıblar.

Bu isə ulduz oyunçunu özündən çıxarıb.