Bakıda ondan ayrılmaq istəyən nişanlısını öldürüb onun bacısını yaralayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən unikal.org-a verilən məlumata görə, hadisə martın 4-də Binə qəsəbəsində baş verib. Bakı şəhər sakini İlahə Ağayevanı qətlə yetirməkdə, bacısı Rəhiməyə isə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən paytaxt sakini Nəcəf Məcidov tutulub.