"Fenerbahçe"nin heyətində icarə əsasında çıxış edən Jermeyn Lens "Beşiktaş"la danışıqlar aparması barədə söz-söhbətlərə münasibət bildirib. 

Unikal.org goal.az-a istinadən xəbər verir ki, hollandiyalı yrımmüdafiəçi Türkiyədə "sarı lacivərdlilər"dən başqa klubun formasını geyməyəcəyini qeyd edib.

"Menecerim "Beşiktaş" nümayəndələri ilə görüşməyib. Yalan xəbərlərdir. Növbəti mövsüm də "Fenerbahçe"də oynamaq istəyirəm. Türkiyədə bu klubdan başqasının formasını geyməyəcəm. Bu camiə ilə yaxın və isti münasibətlər qurmuşam. Onların əzəli rəqibinə heç vaxt keçmərəm".