Astara Gömrük İdarəsinin yük şöbəsində İrandan Azərbaycana idarə etdiyi yük avtomobili ilə gələn İran vətəndaşı kinoloji xidmət iti tətbiq olunmaqla keçirilən gömrük nəzarəti zamanı itin reaksiyasına əsasən saxlanılıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, nəqliyyat vasitəsinə baxış zamanı, avtomobilin sükanı altında, naqillər panelində yerləşən şəxsi əşyalar üçün nəzərdə tutulmuş rəfin içərisində 1 ədəd bükümdə, xalis çəkisi 7,140 qram təşkil edən narkotik vasitə - tiryək aşkar olunub. 
Faktla bağlı araşdırma aparılır.