Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkeli ölkə ərazisində terrorçuluğa dəstəkdə günahlandırıb.

Unikal.org-un məlumatına görə, bu barədə Ərdoğan televiziya ilə çıxışında deyib.

"Almaniya ən amansız şəkildə terrorçulara dəstək verir. Biz Almaniyaya PKK və FETÖ terrorçularının 4 500 dosyesini göndərmişik, lakin onların hamısı cavabsız qalıb, deyə Ərdoğan bildirib.

O, həmçinin Türkiyədə həbs olunan Dəniz Yuceli casus və terrorçu adlandırıb.