Gürcüstan polisi biri Azərbaycan vətəndaşı olmaqla iki nəfəri saxlayıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan DİN-in saytı  məlumat yayıb. Onlar qanunsuz şəkildə odlu silah və sursatın əldə edilməsi və saxlanılmasında şübhəli bilinirlər.

24 yaşlı Azərbaycan vətəndaşı və 22 yaşlı digər şəxsin olduğu avtomobil Qardabanidə saxlanılıb. Maşında axtarış aparılarkən polis əməkdaşları "TT markalı tapança və 15 ədəd qüllə aşkar edib.

İstintaq gedir.