Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Emin Nəsirovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Nəsirov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror E.Nəsirovun 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, ötən il iyulun 8-də Quba rayonunun Nügədi-qazmalar kəndində Birinci Nügədi kənd sakini 1987-ci il təvəllüdlü Neymət Xəlilovun bıçaqla qətlə yetirilmiş meyiti tapılıb.

Araşdırma zamanı məlum olub ki, Xaçmaz rayon sakini, 1984-cü il təvəllüdlü Nəsirov Emin Məhəmməd oğlu münaqişə zəminində bacanağı, N.Xəlilovu bıçaqlayaraq qətlə yetirib.

İlkin məlumata görə, hadisə sərxoş vəziyyətdə olan bacanaqlar arasında mübahisə zəminində baş verib.
Qətli törədən E.Nəsirov Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rayon prokurorluğunda onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) cinayət işi başlanıb.