"Çelsi"nin qapıçısı Tibo Kurtua "Real"a keçəcəyi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Unikal.org apasport.az-a istinadən xəbər verir ki, belçikalı qolkiper komandasını dəyişmək fikrində olmadığını bildirib.

Kurtua karyerasını "Çelsi"də davam etdirəcəyini vurğulayıb: ""Real"a keçmək istəyirəmmi? Xeyr. "Çelsi"dəki çıxışımdan həzz alıram və karyeramı bu klubda davam etdirməyi düşünürəm. İngilis dilində sərbəst danışıram. Sanki, 10 ildi Londonda yaşayıram. Premyer Liqada turnir cədvəlinə başçılıq edirik. Bu il İngiltərə çempionu olmaq istəyirəm".
Qeyd edək ki, Tibo Kurtua karyerası ərzində "Genk" və "Atletiko" klublarının da formasını geyinib.