"Rəsmi Ankara Niderlanda qarşı iqtisadi sanksiyalar tətbiq edə bilər.

Unikal.org-un"Reutersə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş bildirib.

Qeyd edək ki, martın 13-də TürkiyəNazirlər Kabinetibaş nazir Binəli Yıldırımın rəhbərliyi ilə Çankaya köşkündə kritik toplantı keçirib. 

Yığıncaqda Niderland tərəfi vəziyyəti düzəldənə qədər bu ölkə ilə yüksək səviyyəli rəsmi görüşlərin təxirə salınması, Hollandiyanın Türkiyədəki səfirinin ölkəyə buraxılmamasına dair qərar verilib.