"Lester" Çempionlar Liqasının 1/8 final mərhələsində "Sevilya" səddini keçərək növbəti dəfə tarix yazıb. "Tülkülər"in 2:0 hesabıyla qalib gəldiyi cavab görüşü komandanın müdafiəçisi Ves Morqan üçün xüsusilə əlamətdar olub.

Unikal.org  xəbər verir ki, 27-ci dəqiqədə hesabı açan Morqan Çempionlar Liqasında qol vuran ilk yamaykalı futbolçu kimi tarixə düşüb. Turnirdə bura qədər 94 ölkənin nümayəndələri qol vurub. 

Birinci yerdə 189 qolla braziliyalı futbolçular tutur.