Xəbər verdiyimiz kimi, bu gün Xırdalan şəhərindəki evdə 5 nəfər dəm qazından zəhələnərək dünyasını dəyişib.

Unikal.org
xəbər verir ki, onlardan biri Xanlayeva Turanə Vahid qızıdır. Turanə Bakı Dövlət İqtisadiyyat və Hümanitar Kollecinin ikinci kurs tələbəsi olub.

Baş Prokurorluğun yaydığı məlumata görə, o, 2000-ci il təvəllüdlüdür.

Sosial şəbəkələrdə Xanlayeva Turanənin fotoları və onunla bağlı xatirələr paylaşılıb.

Qeyd edək ki, hadisə zamanı Turanənin bacısı, 1999-cu il təvəllüdlü Xanlayeva Lamiyə Vahid qızı da vəfat edib.


Ölən bacılardan biri  -  Turanənin fotoları...