"Prezident həzrətlərinin ötən ili "Multikulturalizm, bu ili isə "İslam Həmrəyliyi ili elan etməsi bütün Azərbaycan dindarları üçün böyük bir tövhədir. Mən elə bilirəm ki, prezident həzrətlərinin bu ili "İslam Həmrəylik ili elan etməsi  bir daha dünyada sabitlik, dinlərarası münasibətlərin qurulması üçün böyük bir vəsilə olacaqdır.

Unikal.org xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə bildirib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin bu il Azərbaycanda "İslam Həmrəylik ili elan etməsi, həm də siyasi bir addımdır:  "Bilirsiniz ki, Yaxın Şərqdə ciddi problemlər mövcuddur. Avropada və başqa ölkələrdə islama qarşı islamofobiya, antisemitizm islama qarşı atılan addımlar, çəkilən sərhədlər hamısı göstərir ki, onlar islam mahiyyətini bilmədən bu addımları atırlar. İslam sülh, qardaşlıq, dostluq dinidir. İslam bütün dinləri qəbul edə bilir və bütün dinlərlə əməkdaşlıq etmək imkanı vardır. Azərbaycan islam dünyasına bir nümunədir. Atılan bu addım təqdirəlayiqdir. Prezidentimizin bu addımı Heydər Əliyevin apardığı siyasətin davamıdır. Bu gün Azərbaycanın atdığı adımlar, "İslam Həmrəyliyi Oyunları"nın burada keçirilməsi, dini yığıncaqların keçirilməsi hesab edirəm ki, dünyada dini münaqişənin aradan götürülməsi üçün bir vəsilə olacaqdır. 

Yəqin ki, siyasətçilərdə bundan istifadə edəcəklər. Ermənilər bu gün Avropada xristianlıqlarından istifadə edib anti-Azərbaycan təbliğatı aparırlar. Hesab edirəm ki, bu əsl xristianlıq deyil. Onlar özlərini yazıq şəkildə götərirlər.  Biz müsəlmanlar bütün dinlərlə münasibət qurmağın tərəfdarıyıq.

Qeyd edək ki, bu gün Bakıda  "İslam həmrəyliyi -zamanın çağırışı adlı konfrans keçirilib. Tədbirdən fotoları təqdim edirik. 

Amid Əyyuboğlu