Bizim forumda qarşımıza qoyulan əsas məqsəd dünyadakı qlobal probemlərin müzakirəsidir.

Unikal.org-un məlumatına görə, bu sözləri V Qlobal Bakı Forumunda iştirak edən Gürcüstan prezidenti Georgi Marqvelaşvili bildirib. O, forumun yüksək səviyyədə təşkili və ənənəvi keçirilməsi ilə əlaqədar Azərbaycan prezidentinə təşəkkür edib: "Mən ötən il də bu forumda iştirak etmişəm. Azərbaycan prezidenti forumdakı çıxışında çox mühüm məqamlara toxundu.

G. Marqvelaşvili deyib ki, Azərbaycan-Gürcüstan münasibətləri çox yüksək səviyyədədir: "Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatı çox effektiv formatdır. Bu formatın yaradılmasında Azərbaycanın və Gürcüstanın sabiq prezidentləri Heydər Əliyev və Eduard Şevardnadze böyük rol oynayıblar. Bu əməkdaşlıq formatı qlobal miqyasda öz effektivliyini doğruldub.