Azərbaycan Respublikası Prezidenti İlham Əliyev H.Ə.Məmmədovun Bakı Mühəndislik Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb. 

Unikal.org bildirir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Havar Əmir oğlu Məmmədov Bakı Mühəndislik Universitetinin rektoru təyin edilsin".