Azərbaycan prezidentinin bu gün imzaladığı əfv sərəncamı ilə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Daxili İşlər Nazirliyinin keçmiş idarə rəisi Zakir Nəsirovun cəzası azaldılıb.

Unikal.org  xəbər verir ki, 2007-ci il yanvarın 16-da ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 1947-ci ildə anadan olmuş Nəsirov Zakir Əsəd oğlunun cəzası 15 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib.

Qeyd edək ki, Z.Nəsirov DİN-in Baş Cinayət-Axtarış İdarəsinin rəisi olub.