Azərbaycan Prezidenti İlham Əliyev bu gün Bakıda keçirilən Ümumdünya Su Şurası İdarə Heyətinin 61-ci toplantısının iştirakçılarına müraciət edib.

Unikal.org  xəbər verir ki, müraciəti Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini Əli Əsədov oxuyub.

Ölkə başçısı müraciətində Bakıda keçirilən bu tədbirin əhəmiyyətli olduğunu vurğulayıb.