Türkiyədə yaşayan əməkdar artist Məlahət Abbasova Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğanın təşkil etdiyi gecəyə qatılıb.

Unikal.org xəbər verir ki, iş xanımlarının, sənət adamlarının və idmançıların qatıldığı ziyafət Prezident Sarayında baş tutub. 
Təəssüratlarını bölüşən aktrisa bildirib ki, birinci xanımla çoxlu söhbət edib:

"Tək azərbaycanlı aktrisa olaraq bu gecəyə dəvət olunmağım qürurvericidir. Çox gözəl söhbətimiz oldu. Həm TRT1-də yayımlanan "Sevda kuşun kanadında serialından, həm də teatrdakı işlərimizdən söhbət etdik. Ən önəmlisi isə səhnələşdirdiyim "İblis əsərinin təqdimatına mütləq gələcəyini söylədi. Söhbət üçün hörmətli Əminə Ərdoğana həm sənət insanı olaraq, həm də ölkəm adına təşəkkür edirəm.

M.Abbasova Ə.Ərdoğanla fotolarını sosial şəbəkədə paylaşıb.