Prezident İlham Əliyev Macarıstan Prezidenti Yanoş Aderə təbrik məktubu göndərib.

Unikal.org xəbər verir ki, təbrikdə deyilir: "Macarıstanın Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Macarıstan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin, strateji tərəfdaşlığımızın dinamik və hərtərəfli inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Macarıstan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm".