Lənkəranda evə girən oğrular ev sahibini ağır yaralayaraq qaçıblar.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə Xulmili kəndində, 1950-ci il təvəllüdlü Vahab Səfərov Xalıq oğluna məxsus evdə baş verib.

Ev sahibi oğrulara müqavimət göstərərkən küt alətlə başından vurulub. Hadisədən dərhal sonra yaralı Lənkəran Rayon Mərkəzi xəstəxanasına gətirilib. Güclü kəllə-beyin travması alan V.Səfərovun vəziyyətinin ağır olduğu bildirilir.

Hələ ki hadisəni törədən şəxs və ya şəxslərin kimliyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.