"ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsini təşviq edirlər.

Unikal.org "Report-a istinadən xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quttereş martın 17-də Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşdə bildirib.

A.Quterreş deyib ki, BMT ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması istiqamətində səylərinə dəstək verməyə hazırdır. 

Məlumata görə, tərəflər dünyadakı münaqişə bölgələrindəki vəziyyəti də müzakirə ediblər.