Əfsanəvi amerikalı rok-n-roll ifaçısı Çak Berri 91 yaşında ABŞ-da vəfat edib.

Unikal.org "TASSa istinadən verdiyi xəbərə görə, musiqiçi Missuri ştatındakı evində huşunu itirib. Həkimlərin səyinə baxmayaraq, Berrini xilas etmək mümkün olmayıb.

Əfsanəvi gitara ifaçısı bir sıra musiqi nəsillərinin yararlandığı böyük irs qoyub gedib. O, 1950, 60 və 70-ci illərdə məşhur olan "Sweet Little Sixteen", "School Days", "My Ding a Ling" kimi hitlərin müəllifidir.