Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Tapdıq İbrahimovun və Amil Əzimovun digər cinayət əməlləri də müəyyən edilib.

Unikal.org Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, T. İbrahimov və A. Əzimovun ətrafında Sumqayıt Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onların fevralın 4-dən 28-dək olan müddətdə şəhər ərazisindəki daha 5 evdən pul, qızıl və gümüş əşyalar oğurlaması da müəyyən edilib.