Qaxda maraqlı oğurluq hadisəsi baş verib. 

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, RPŞ əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 18-nə keçən gecə rayon ərazisindəki evlərdən birinin həyətindən 20 ədəd qoz ağacını torpaqdan çıxararaq oğurlamaqda şübhəli bilinən Əmircan kənd sakini Yaşar Mahmudov saxlanılıb.