Göygöldə piyadanı avtomobil vurub.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə bu gün Göygöl şəhəri Azay Kazımov küçəsində qeydə alınıb.

Rayon sakini 1972-ci il təvəllüdlü Qasımova Surayə Nurəddin qızı yolu keçmək istəyərkən "VAZ2107 markalı minik avtomobil vurub. Sürücü qadını dərhal xəstəxanaya çatdırılıb. Qadına çanaq sümüyünün diaqnozu qoyulub. Vəziyyəti orta-ağırdır.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.